Ermənistandan üz döndərib Azərbaycanı seçdilər

Ermənistandan üz döndərib Azərbaycanı seçdilər
 

2024-cü ilin yanvar-iyun aylarında 12,6 milyon Rusiya vətəndaşı xaricə səfər edib. 

Paralel.az RBC-yə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin statistik məlumatında deyilir.

Rusiyalı turistlərin ənənəvi olaraq səfər etdiyi ölkələr siyahısında Türkiyə liderlik edir.

2024-cü ilin yanvar-iyun aylarında Türkiyəyə axın edən rusiyalıların sayı ötən illə müqayisədə 9,4% artaraq 2,5 milyon nəfər təşkil edib. 
Cənubi Qafqaz respublikalarına gəldikdə isə rusların ötən illə müqayisədə Ermənistana səfərləri azalıb. Ermənistandan üz döndərən rus turistlər daha çox Gürcüstan və Azərbaycana səfər etməyi seçiblər.

Ötən illə müqayisədə Azərbaycana səfər edən rus turistlərin sayı 26%, Gürcüstana isə 31,5%, artıb.

Paralel.az

 

0.022095203399658