Olimpiada idmançılarının performansı hansı yaşda zirvəyə çatır?
Olimpiya idmançılarının nəticələrinə təkcə illərlə edilən məşq və əməl olunan nizam-intizam deyil, həm də, məlum olduğu kimi, onların yaşları da təsir göstərir.
Paralel.az medicina.az-a istinadən xəbər verir ki, Vaterloo Universitetinin tələbələrindən ibarət komanda olimpiya atletlərinin nə vaxt performanslarının zirvəsində olduğunu anlamaq üçün statistikadan istifadə ediblər.
Olimpiyada yalnız dörd ildən bir keçirildiyinə görə, yüngül atletika idmançıları performansın zirvəsində olarkən yarışmaq şanslarını artırmaq üçün nə vaxt və necə məşq etdiklərini diqqətlə düşünməlidirlər.
Komanda müəyyən edib ki, olimpiadada yüngül atletlər üçün orta yaş həddi son üç onillikdə həm kişilər, həm də qadınlar üçün nəzərəçarpacaq dərəcədə sabit qalıb: 27 yaşdan az.
Təhlil göstərib ki, bu idmançılar üçün ən yaxşı performans yaşı ortalama olaraq 27-dir. Bu yaşdan sonrakı hər il, kondisiyanın pik həddinə çatmamaq ehtimalı 44% azalır.
Elmi məqalənin nəticələri "Significance" jurnalında dərc olunub.