Telefonunuzu bu yerlərdə şarj etməyin - Təhlükəlidir
Mütəxəssislər smartfon sahiblərini ictimai yerlərdə enerji doldurmağın təhlükələri barədə xəbərdarlıq ediblər.
Paralel.az lent.az-a istinadən bildirir ki, smartfon istifadəçilərinə "Juice Jacking" adlı sındırma metodu məsləhət görülüb.
Söhbət enerji təchizatı üçün elektrik yuvalardan deyil, birbaşa divara və ya rəfə quraşdırılmış USB şarj konnektorlarından gedir. Bu cür fırıldaqçılar şarj yuvasını açır və zavod USB portlarını özlərininki ilə əvəz edirlər, onların vasitəsilə haker qurğuları qoşula bilər.
USB portu vasitəsilə quraşdırılmış zərərli proqram smartfonunuzu kilidləyir və ya bütün şəxsi məlumatlarınızı və parolunuzu birbaşa hakerə ixrac edir.
Smartfonunuzu bu cür hücumlardan qorumaq üçün cihazı evdən kənarda şarj etməyin.
Xatırladaq ki, "Apple" bu yaxınlarda təxminən 100 ölkədə "iPhone"a haker hücumları barədə məlumat vermişdi.