Eldar Əzizov Yasamal rayonunu pis günə qoyan Elşad Həsənovdan niyə çəkinir?... - Araşdırma

Eldar Əzizov Yasamal rayonunu pis günə qoyan Elşad Həsənovdan niyə çəkinir?... - Araşdırma
 

Yasamal rayonunda prospektlər, küçələr, parklar, məhlələrarası həyətlər çox pis vəziyyətdədir...

Yasamal RİH-in başçısı Elşad Həsənovun komandası, demək olar ki, rayon ərazisini abadlaşdırmaqla məşğul olmur, rayonda onsuz da çox az olan yaşıllıqlar məhv edirlər, ağacları kəsirlər və onların yerlərində ticarət obyektləri tikirlər.

Əgər tək A. M. Şərifzadə küçəsinə diqqətlə nəzər yetirilərsə, tək bu küçədə baş verən qanunsuz tikililərə görə, icra başçısına ən ağır cəza verilmək olar. Lakin çox aydın hiss olunur ki, BŞİH başçısı E. Əzizov hansı səbəbdənsə, Elşad Həsənovun haqqında ciddi ölçü götürə bilmir, rayonda anarxiya hökm sürür.

Ölkə Prezidentinin Sərəncamı ilə paytaxtda küçə ticarətinin qadağan olunmasına baxmayaraq, Yasamal rayonun bütün küçələrinin səkiləri səpələnmiş halda, antisanitariya vəziyyətində olan meybə-tərəvəz bazarını xatırladırdı.

Son günlərə qədər, konkret olaraq BŞİH-nin RİH başçısı Elşad Həsənova xəbərdarlıq edəndən sonra küçə ticarəti hələlik rayondakı səkilərindən yığışdırılıb.

Qeyd edək ki, Yasamal rayon ərazisində olan A. M. Şərifzadə, Mirəli Seyidov (Hazırda Mətbuat prospektinə yeni asfalt örtüyü çəkilir) daxil olmaqla 94 küçənin hər birində durum dözülməzdir. Birmənalı olaraq demək mümkündür ki, Yasamal rayonun küçələri, park və xiyabanları Azərbaycan paytaxtına COP29 beynəlxalq tədbirdə iştirak etmək üçün gələcək qonaqları qəbul etməyə hazır deyil!

Yasamal RİH-in başçısı Elşad Həsənovun hərəkətlərindən açıq görünür ki, o, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovu saymır, onun göstəriş və tapşırıqlarını yerinə yetirməməsi hər gün hiss olunur. Cavan, enerjili olsa da, ədəbaz və məsuliyyətsizdir. Ən pis haldır ki, Elşad Həsənov rəhbər vəzifəli şəxsə hörmət gətirməyən yalançıdır. Qarabağ qazilərindən və vereanlarından zəhləsi gedir.

Bu günlərdə noyabr ayının əvvəlində Azərbaycanda keçiriləcək COP29-a beynəlxalq tədbirə hazırlıqla bağlı BŞİH-də keçirilən müşavirədə Yasamal RİH başçısı Elşad Həsənovun xəbərdarlıq alması təsadüfü deyil.

Çünki Yasamalın icra başçısı Elşad Həsənov rayonun torpaqlarını, səkiləri satmağa, evinə qapı, pəncərə açan adamlardan rüşvət almağa, küçə ticarətinin genişləndirib, hesab almağa başı elə bərk qarışıb ki, hətta ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirlə bağlı göstərişlərini belə, yerinə yetirməyib.

BŞİH-nin başçısı E. Əzizov isə COP29-la bağlı cənab Prezidentin tapşırıqlarını yerinə yetirməyən Yasamal RİH-in başçısı Elşad Həsənovu tutduğu vəzifədən azad etmək üçün PA-ya təqdimat vermək əvəzinə icra başçısına çox yüngül cəza - xəbərdarlıq edib.

2019-cu ilin payızında Elşad Həsənovun cavanlığını nəzərə alaraq, Yasamal rayonuna icra başçısı təyin olunması rayon əhalisini sevindirmişdi. Bu təyinata sevinən insanlar hələ o vaxt bilmirdilər ki, Elşad Həsənov 16 il rayonda icra başçısı işləyən İbrahim Mediyevin və ilyarım başçı işləyən Əziz Əzizovdan daha pis tamahgir və rüşvətxor başçı olacaq...

Xülasə, Yasamal rayonunda yaşayan və sayı 400 minə yaxın insanın hansından soruşursan, cavab verir ki, Elşad Həsənov İlham Əliyev kimi dünyada çox güclü olan Prezidentə layiq rayon rəhbəri deyil...

İnformasiya şöbəsi

 

0.016171932220459