Yasamalın icra başçısı Elşad Həsənov indi də səkiləri satır - Şikayət

Yasamalın icra başçısı Elşad Həsənov indi də səkiləri satır - Şikayət
 

İcra başçısının pul qazanmaq həvəsinin həddi-hüdudu yoxdur

Ölkə Prezidentinin rüşvət və korrupsiyaya qarşı amansız mübarizə aparmasına baxmayaraq, məmurlar bu pus əməldən əl çəkmirlər. Hazırda bir neçə rayon icra başçısının adı rüşvət və korrupsiya ilə məşğul olması ölkənin müstəqil mətbuatının gündəmindən düşmür.

Belə icra başçılarından biri də Yasamal RİH-in başçısı Elşad Həsənovdur.

Elşad Həsənov Yasamalda pula gedən torpaqlarım hamısını tikinti şirkətlərinə satıb qurtarıb, indi də keçib səkiləri satmaqla məşğul olur. Maraqlıdır ki, Elşad Həsənovun rəhbərə yaraşmayan bu hərəkətləri barədə ölkə mətbuatı hər gün yazır, amma ölkə Prezidentinin ölkədaxili idarəetməni həvalə etdiyi yüksək vəzifəli şəxslər bu yazılara əhəmiyyət belə, vermirlər...

Şəkildə gördüyünüz Nazim Hikmət küçəsi 26/76 ünvanıdır və burada binanın birinci mərtəbəsində yerləşən, Ziya Məmmədova məxsus olduğu düyilən yeməkxananın qarşısında həmişəyaşıl ağaclarla yeməkxananın sahibi tərəfindən insanların gediş-gəıişi üçün olan səki kəsilib və həmişəyaşıl ağacların arxasında pivəxana düzəldilib.

Qeyd edək ki, şəkildə gördüyünüz bu mənzərə Yasamal RİH-in inzibati binasının vur-tut 300 metrliyində yerləşir. Demək olar ki, buradan hər gün keçən icra hakimiyyəti və ərazidə asayişə nəzarət edən polis orqanları əməkdaşları bu mənzərəni görürlər, lakin Elşad Həsənov səkini satdığına görə, onu görməməzliyə vururlar.

Onu da bildirək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov rayon ərazisində satmadığı səki daha qalmayıb...

0.019094944000244