AHİK sədri xalqdan və dövlətdən oğurladığı sərvətləri götürüb aradan çıxmaq istəyir? - Media üzərindən Araşdırma

AHİK sədri xalqdan və dövlətdən oğurladığı sərvətləri götürüb aradan çıxmaq istəyir? - Media üzərindən Araşdırma
 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev iyulun 26-da təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.

Paralel.az Teleqraf.com-a istinadən xəbər verir ki, o, AHİK sədrliyi ilə vidalaşacaq, lakin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.

3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.

AHİK sədrinin köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək: "İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı 2023-cü ilin dekabrın 20-də keçirilib.

Qeyd edək ki, Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon 28 sahədə işləyən işçilərin əməkhaaqından hər ay 1-5 faiz tutub, Azərbaycan Həmkarlar Təşkilatı adından xərcləyir (mənimsəyir). Və heç kim S. Möhbalıyevə bir kəlmə də deyə bilmir.

S. Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvəti 3 milyard manatdan çoxdur. Hazırda AHİK (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası) ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyalardandır.

Siz bu imperiyanın nə qədər böyük olduğunu təsəvvür belə edə bilməzsiniz. Təsəvvür edirsinizmi ki, S. Möhbalıyev 2,5 milyon insanın əməkhaqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlarla kifayətlənmir. AHİK nəzdində fəaliyyət göstərən torpaqları, stadionları, avadanlıq və texnikanı sataraq şəxsi sərvətini artırır.

Məsələn, uzun illər Bakı şəhərində "İnşaatçılar" metrosunun yanında yerləşən və ərazisində çoxmərtəbəli yaşayış binaları tikilən, AHİK nəzdində olan "Məhsul Cəmiyyəti"nə məxsus stadionun ərazisini satan stadion rəhbərinin vəkilləri dəfələrlə vəsatət qaldırsalar da, S. Möhbalıyevi məhkəmə prosesinə gətirilmir. Bu, o, deməkdir ki, S. Möhbalıyev xüsusi toxunulmazlıq hüququna malikdir, hətta ağır cinayət törətsə də belə, onu məhkəmə qarşısına çıxarmaq olmaz...

Səttar Möhbalıyev istədiyi odur ki, 33 il ərzidə AHİK-də törətdiyi ağır cinayətlər barədə sorğu-suala tutulmasın və qanunları cinayətkarcasına pozmaq hesabına xalqdan və dövlətdən oğurladığı sərvətləri götürüb aradan çıxsın...

Unutmaq olmaz ki, Səttar Möhbalıyev Naxçıvan hakimiyyətdən uzaqlaşdırılan "Naxçıvan xanı" "Vasif Talıbov - Ramiz Mehdiyev - Əli Həsənov" qruplaşmasının üzvüdür və hakimiyyətin fəaliyyətindən narazı olan imperiya sahiblərindəndir...

İnformasiya şöbəsi

0.019414901733398