Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub

Paris-2024: Braziliya millisinin üzgüçüsü komandadan qovulub
 

Braziliyanın üzgüçülük millisinin üzvü Ana Karolina Vieyra komandadan qovulub.

Braziliya Olimpiya Komitəsinin yaydığı xəbərə görə, buna idmançının Parisdəki Olimpiya kəndini icazəsiz tərk etməsi səbəb olub.

Vieyra iyulun 26-da komanda yoldaşı Qabriel Santosla birlikdə düşərgəni icazəsiz tərk edib. Hər iki idmançıya xəbərdarlıq edilib. Lakin A.K.Vieyra komissiyanın qərarına aqressiv şəkildə etiraz etdiyi üçün millinin düşərgəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Braziliya millisi 4x100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının təsnifat mərhələsində 12-ci yeri tutub.

 

0.031323194503784