İsti yoxsa soyuq qəhvə daha faydalıdır?

İsti yoxsa soyuq qəhvə daha faydalıdır?
 

İsti qəhvənin tərkibində soyuğa nisbətən daha çox antioksidant - orqanizmdə iltihabı azaldan xüsusi molekullar var.

Paralel.az oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış amerikalı kardioloq Macid Basit və endokrinoloq Eva Kvinar danışıb.

M.Basitin sözlərinə görə, antioksidantlar - sərbəst radikalları aradan aparan təbii birləşmələrdir. Sərbəst radikallar toplanması hüceyrələrə zərər verir və ürək xəstəlikləri, Altsheymer xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur. İsti qəhvə də bu sərbəst radikalları effektiv şəkildə aradan qaldırır.

Kardioloq içkinin soyuq variantında antioksidantların daha az olduğunu vurğulayıb.

"Bu, böyük ehtimalla, isti suda dənələrdən soyuq suya nisbətən daha çox qida maddələrinin çıxarılması ilə əlaqədardır", - deyə o bildirib.

 

0.020097017288208