Coşqun Diniyevin yeni klubu açıqlandı
Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.
“Paralel.az ” xəbər verir ki, “Ümraniyespor”dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.