AGW dünyanı xilas edəcək...

AGW dünyanı xilas edəcək...
 

İysiz plastiklər iyli-qoxlu tullantılardan daha təhlükəlidir!
Son illər dünyada iqlim dəyişikliklərinin yaratdığı fəsadlar pik həddə çatıb. Məsələn, bu ilin son beş ayında kənd təsərrüfatı üçün qeyri-sabit və əlverişsiz hava şəraitinin höküm sürməsi də məhz bununla bağlıdır. Növbəti illərdə də belə əlverişsiz və qeyri-sabit hava şəraitindən dünya suğortalanmayıb.
Amerika alimləri qarşıda dünyanı daha böyük fəlakətlər gözlədiyini bildirirlər. Artıq bu fəlakətlərin ssenariləri belə alimlər tərəfindən təxmin edilməkdədir. Ən populyar təxminlərdən biri ondan ibarətdir ki, Yer kürəsinin ən dərin çökəkliyi olan Marian çökəkliyində mantoya partlayışı baş verəcək və dünyadakı bütün su ehtiyatı həmin deşikdən Yerin nüvəsinə axacaq. Nəticədə Yer nüvəsinə düşən milyardlarla kubmetr su yüksək temperaturda parçalanaraq hidrogen qazı əmələ gətirəcək. Böyük həcmdə yaranan hidrogen isə partlayaraq Yer kürəsini darmadağın edəcək! Lakin bu ssenariyə görə vahiməyə düşmək yox, bu ssenaridən yayınmaq üçün yollar axtarmaq gərəkdir. Dünyamızı xilas etmək üçün nələr etməliyik, hansı addımlar atmalıyıq?
Maraqlıdır ki, alimlər bizi gözləyən fəlakətlərin səbəbi kimi antropogen (insan fəaliyyəti) amilləri göstərir. Buraya əhalinin sürətlə artmasından və sürətli silahlanmadan tutmuş əlimizdəki plastik butulkanı hara gəldi atmağınıza qədər ən müxtəlif və rəngarəng səbəblər daxildir. Hazırda dünyanın 212 ölkəsindən 182-si bilavasitə və ya vəkalətlə (başqa ölkənin arxasında durmaqla, gizlətməklə) münaqişəya cəlb edilib. Gündə irili-xırdalı milyonlarla mərmi partlayır və bunlar atmosferə öz həcminə uyğun təsir göstərir. Bu isə dünya ekosistemlərinin ritmik fəaliyyətini pozmaq istiqamətində gedən prosesə öz töhfəsini verir - "Dama-dama göl olur, sıza-sıza sel olur!".
Bu yazıda biz sadalanan amillər sırasında yer alan, bəlkə də ən əhəmiyyətsiz amil kimi görünən plastik materiallarla çirklənmədən söhbət açmaq istəyirik. Bizə elə gəlir ki, iyli-qoxlu tullantılar ətraf mühiti daha çox çirkləndirir. Ona görə biz bu qənaətə gəlirik ki, həmin tullantılar bir müddət ətrafa pis qoxu yayaraq, bizim əhvalımızı körlayır. Amma məsələ burasındadır ki, iyli-qoxlu tullantılar həyatımızda qısa müddətə diskomfort yaratsa da, o qədər də təhlükəli deyil. Belə tullantılarla baş verən xoşagəlməz proseslərin səbəbi sadəcə bakteryaların həzm sistemlərinin açıq olmasıdır. Yəni insanların həzm sistemlərində gedən proses tullantılarla açiq şəkildə baş verir və bir müddətdən sonra həmin tullantılar çürüyərək, iysiz-qoxsuz və faydalı üzvü gübrələrə çevrilir. Belə tullantıların ətraf mühitə təsiri yalnız insanlar arasında diskomfort yaratmaq və xəstəlik yaymaq şəklində təzahür edir.
Amma bizim üçün o qədər də "problem yaratmayan" - iysiz-qoxsuz, zərərsiz  tullantı saydığımız plastik materiallar Yer kürəsinin ən böyük bəlalarından biridir. Belə ki, alimlərin fikrincə, ətraf mühitə atılan plastik materiallar uzun müddət çürümədiyindən o təbiyyət dövriyyəsində xeyli iştikar edə bilir. Tutulub təkrar istehsala cəlb edilməyən plastik materiallar böyük və kiçik su hövzələrində uzun müddət yaşayir və bir neçə illərdən sonra "çürüyüb yoxa çıxır". Bu bizə elə gəlir ki, onlar çürüyüb yoxa çıxır. Əslində isə plastik maddələr zaman-zaman kiçik nano-hissəciklərə (çox kiçik zərrəciklər) parçalanaraq suda həll olunur. Tədqiqatlar nəticəsində bəlli olub ki, okean sularında artıq külli miqdarda belə nano-hissəciklərə mövcuddur. Həmin nano-hissəciklər suyun istilik keçirmək qabiliyyətini aşağı salır. Nəticədə sularda istilik enerjisinin toplamması və bundan da dolayı Yer kürrəsində temperaturun yüksəlməsi müşahidə edilir. Temperatur yüksəlişi isə hava-su təmaslarında balansı pozur - böyük və kiçik su dövranının ritmi ekosistemlərin alqoritmlərindən ya gecikir, ya da önə çıxır. Bu isə öz növbəsində adı şəkildə yağmalı olan yağışı leysana, doluya, ağır buludların hərəkəti zamanı sadə şimşəkləri güclü ildrım vurmalarına çevirir. Yəni insanın adı məsuliyyətsizliyi - istifadə edilmiş plastik kütləni lazımi yerə atmaması məhz bu cür böyük fəlakətlərə gətirib çıxarır.

Adi insanlardan daha çox okean sularını su hövzələrində üzən zavod-gəmilərin sənaye tullantıları çirkləndirir. Elə zavod-gəmilər var ki, gün ərzində okean sularına tonlarla plastik tulkantı atır. Son zamanlar belə zavod-gəmilərin fəaliyyətinin kosmosdan izlənilməsi təşəbbüsləri irəli sürülür. Amma onilliklərdir baş verən plastik çirklənmənin bu növü hələ də davam etməkdədir.
Ya zəlzələdən, ya vəlvələdə, artıq dünyanın bütün su hövzələri Yer kürəsini dağidacaq səviyyədə plastik çirklənməyə məruz qalıb. İndi dünya alimləri bu çirklənmənin dayandırılmasından daha çox çirklənmənin təmizlənməsi üzərində işləyir. Artıq bu istiqamətlərdə uğurlar da var. Məsələn, Amerika və Avropa alimləri bu çirklənməni aradan qaldırmaq üçün atmosfer su genefatorları (AGW) kəşf ediblər. Bu kəşf birinci növbədə dünyada "su qıtlığı" məfhumunu aradan qaldırır. Yəni AGW vasitəsi ilə dünyanın istənilən nöqtəsində həm suvarma suyu, həm də içməli su əldə etmək olar.  AGW-nin iş prinsipi dünyanın 70 faizinin su ilə örtülü olmasına əsaslanır. Generator suyu havadan hasil edir. Atmosferin istənilən yerində müəyyən rütubətə malik hava var. Generator həmin havanı daxilinə çəkərək kondensasiya metodu ilə onun tərkibindəki suyu ayırıraq quraşdırılmış fikirlərdən keçirməklə plastik nano-hussəciklərdən təmizləyir, mineralkaşdırır və təmiz su hasil edir. Sözügedən genefatorları havadan suyu çəkməklə həm havanın rütubətini aşağı salaraq, keyfiyyətini yüksəldir, həm də suyu plastik çirklənmədən təmizləyir. Bu generator vasitəsi ilə Atakama səhrasında belə havadan su əldə etmək mümkündur. Bu generatorların mənfi cəhəti ondan ibarətdir ki, iş prinsipi enerji sərfiyyatına əsaslanır. Hazırda ən son model AGW bir litr yanacaqla beş litir içməli su, on litr isə suvarma suyu hasil edə bilir. Hazırda alimlər AGW-nin günəş panelləri və digər alternativ enerji mənbələri ilə işləyə bilən modelləri üzərində işləyirlər. Bununla yanaşı, alimlərin atom enerjisi ilə çalışan gəmi mühərriklərinin AGW-lərə inteqrasiya edilməsi istiqamətlərində də təklifləri var. Yəni generatorlarda hərəkətverici qüvvə kimi atom enerjisi ilə işləyən gəmi mühərriklərindəi istifadə təklif edilir. Məsələn iki ədəd belə qurğu Bakı şəhərini içməli və suvarma suyu ilə tam təmin edə bilər.
Artıq Almaniyada turistlər üçün nəzərdə tutulan, günəş enerjisi ilə çalışann kiçik həcmli AGW-lərin istehsalına başlanılıb.
Gələcəkdə müasir suvarma sistemlərinin günəş panelləri ilə çalışan AGW-lərlə təhciz edilməsi də nəzərdən keçriləcək. Təsəvvür edin, elə bir suvarma qurğusu yaradılmasi gözlənilir ki, heç bir ənənəvi enerji və su mənbəyinə əsaslanmadan geniş sahələri suvarmaq imkanına malik olacaq. Belə bir qurğunun ərsəyə gəlməsi milyardlarla vəsaitə qənaət edilməsinə gətirib çıxara bilər. Artıq bu zaman məsələsidir. Planetimizin xilaskarı sayılan AGW-lər xalq təsərrüfatında da böyük bir inqilaba səbəb ola bilər.
Bizə qalan yalnız bu ilin noyabır ayında Bakıda keçriləcək COP-29 ərəfəsində vətəndaşlarımıza AGW texnologiyasını tanıtmaq və onların ölkəmizə ayaq açmasını təmin etməkdir.
Akif Nəsirli

Paralel.az 

0.78898906707764