Deputat Şahin İsmayılova MÜRACİƏT...
Yaxud deputatı rayondan qovurlar, zorla girməyə çalışır
Düşünürəm ki, bu yazını yazmasam, beyləqanlılar məndən inciyər. Həm də YAP İH fikirləşər ki, zorla deputat mandatı verilən şəxsin namizədliyinə Beyləqandan etiraz edən yoxdur...
Əvvəlcə 2015-ci ildən Beyləqandan deputat mandatı verilən Şahin İsmayılova müraciət edirəm:
Hörmətli Şahin İsmayılov, Allaha şükür, şəxsiyyətin, hüququn öz yerində, qanacaq-mərifətdən də, maşallah pis deyil, bəs, hər bir insanın utanmaq hissi də var, deyəsən?! Bu hiss sizdə niyə yoxdur, yəqin 10 ildir və indi MM-ə növbədənkənar parlament seçkilərində sizi Beyləqana deputat sırıyanlarda da, deyəsən utanc hissi heç yoxdur haa?! Olsaydı, ən azı dairəni dəyişərdilər...
Şahin İsmayılov, beyləqanlılar sizin deputat fəaliyyəti haqqında nə deyirlər, bu barədə bilirsinizmi?!
Səhv etmirəmsə, rayonun Kəbirli kəndinin camaatı sizi bir neçə dəfə kənddən qovub, təzədən həmin kəndin seçicilərindən hansı üzlə səs istəyəcəksiniz?!..
Bir də ki, sizin heç bir kənd əhalisindən səs istəməyə ehtiyacınız yoxdur, sağ olsun hər kənddə YAP-çıların nəzarətində olan məntəqə seçki komissiyasının 6 nəfər üzvü var, hansı rəqəmi istəsəniz sizin xeyirinizə yazıb altından da mübarək imzalarını atacaqlar...
Maraqlıdır, sizi Beyləqana deputat göndərən YAP İH-i beyləqanlı partiya üzvləri arasında sizdən də savadlı, camaat arasında yüksək nüfuza malik, rayon əhalisinin yaxından tanıdığı şəxslər olduğu halda, onlardan birini sizin əvəzinizə niyə Beyləqana deputat göndərmir?!
Rayon əhalisinin əksəriyyəti doğru fikirləşir ki, orta əsrlərdə olduğu kimi, deputat yalnız Qərbi Azərbaycanəsilli, ya da Naxçıvandan olmalıdır?!
Bir 5 il, yəni 2005-ci ildə Qərbi Azərbaycanəsilli orta təhsilli Səfər Məmmədov saxta mandat verildi, o da MM-də tək bircə dəfə bələdiyyələrə ayrılan pulların dağıdılmasından necə danışdısa, birdəfəlik susduruldu.
Ardınca deputat mandatı qaçqın və köçkünlərə yararsız evlər tikən və rüşvətxorluğuna görə, cənab Prezidentin vəzifədən qovduğu Ayaz Quliyev 2010-cu ildə Beylaqanın mandatını satdılar. İndi də siz, düz 10 ildir Beyləqan əhalisinin tanımadığı şəxs kimi, deputat olmağı bacarmadığınıza görə, xalq sizin yenidən Beyləqandan deputat mandatı verilməsinə etiraz edir, buna baxmayaraq, üçüncü dəfə də deputat mandatı niyə mütləq sizə verilməlidir?!
Şahin İsmayılov, gəncliyinizi nəzərə alıb, tövsiyyə edirəm ki, yaxşı-yaxşı fikirləşin və ən yaxşı halda sizə hörmət gətirməyən ya deputatlıqdan beyləqanlı YAP-çının xeyirinə imtina edin, ya da heç olmasa dairənizi dəyişin, onsuz da YAP-çılar üçün hansı dairə olsa, fərqi etməz...
Hörmətlə, Tapdıq Abbas