Arda Gülər də o siyahıya düşdü

Arda Gülər də o siyahıya düşdü
 

Türkiyə millisinin və Madrid “Real”ının ulduz futbolçusu Arda Gülərin pərəstişkarları getdikcə artır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər ki, istedadlı futbolçunun forması “Real Madrid” mağazasında ən çox tələb olunanlar siyahısında yer alır.

Keçən il transfer olunana qədər İspaniyada tanınmayan Arda Gülər Mbappe, Vinisius, Bellinqem və Modriçdən sonra “Real” mağazalarında ən çox forması satılan beşinci futbolçu olub.

Məlumata görə, Ardanın formasının qiyməti 70-160 avro (130-295 manat) arasında dəyişir.

 

0.013121843338013