Bayden COVID-19 olduğunu təsdiqlədi: “Özümü təcrid edəcəm, amma işləyəcəm”
ABŞ prezidenti Co Bayden seçki kampaniyasının ortasında koronavirusa yoluxub.
Qaynarinfo xəbər verir ki, Amerika lideri bu məlumatı X sosial şəbəkəsində təsdiqləyib.
“Çərşənbə günü günortadan sonra COVID-19 üçün testim müsbət çıxdı, amma özümü yaxşı hiss edirəm”, – Amerika lideri deyib.
Bayden hər kəsə xoş arzularına görə təşəkkür edib və sağalana qədər təcridxanada qalacağını bildirib.
“Və bu müddət ərzində mən Amerika xalqı üçün çalışmaq üçün işləməyə davam edəcəyəm”, – o deyib.
Bundan əvvəl bir sıra Amerika KİV-ləri noyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək 81 yaşlı ABŞ prezidenti Co Baydenin koronavirusa yoluxduğu barədə məlumat yayıb.
Amerika prezidentinin “yüngül simptomlar” yaşadığı qeyd olunur.
Baydenin həkimi, antiviral dərmanın ilk dozasını aldığını və Delaverdəki evində özünü karantinə alacağını söyləyib.
Daha sonra, Ağ Ev Baydenin xəstəliyi ilə bağlı təsdiqləmə verib.
Bu, prezidentin planlaşdırılan çıxışına saat yarım gecikməsindən sonra baş verib.