Dünyanın ən dəyərli futbol brendləri - REYTİNQ

Dünyanın ən dəyərli futbol brendləri - REYTİNQ
 

“Real” “Brand Finance” konsaltinq şirkətinin hazırladığı dünyanın ən dəyərli futbol brendləri reytinqində birinci yerə qayıdıb .

Paralel.az xəbər verir ki, ötən mövsüm İspaniya La Liqasını və Superkubokunu, eləcə də Çempionlar Liqasını qazanan Madrid klubunun brend dəyəri 16% artaraq 1,7 milyard avroya çatıb.

İlk pilləni itirən “Mançester Siti” ikinci pillədə qərarlaşıb. “Şəhərlilər”in brend dəyəri 1,611 milyard avrodur.

“Barselona” davam edən maliyyə problemlərinə baxmayaraq, üçüncü yerdə qalıb. “Mançester Yunayted” dördüncü, “Liverpul” isə beşinci yerdədir.

“İlk 10-luq”da yer alan klublardan 6-ı İngiltərə Premyer Liqasında çıxış edir.

Qeyd edək ki, mayın sonunda “Forbes” yenidən “Real”ı 6,6 milyard dollar olaraq qiymətləndirərək dünyanın ən dəyərli klubu elan edib .

Klubların “Brand Finance” reytinqi:

1. (2). Real – 1,685 milyard avro;

2 (1). Mançester Siti – 1,611 milyard avro;

3 (3). Barselona – 1,542 milyard avro;

4 (4). Mançester Yunayted – 1398 avro;

5 (5). Liverpul – 1,380 milyard avro;

6 (7). Bavariya – 1,236 milyard avro;

7 (6). PSJ – 1,208 milyard avro;

8 (8). Arsenal – 996 milyon avro;

9 (9). Tottenhem – 868 milyon avro;

10 (10). “Çelsi” – 838 milyon avro.

 

0.019614934921265