Növbədənkənar parlament seçkiləri keçirilən ölkədə azad media üzərinə hücum edilir - Araşdırma

Növbədənkənar parlament seçkiləri keçirilən ölkədə azad media üzərinə hücum edilir - Araşdırma
 

Medianın İnkişaf Agentliyi azad, müstəqil medianı inkişaf etməyə imkan vermir

Sanki, bəzi yüksək vəzifəli məmurlar sərvət, var-dövlət toplamaqdan başı indi açılıb, düşüblər azad və müstəqil fəaliyyət göstərən medianın üzərinə. Məgər Media Agentliyinin rəhbərliyi bilmir ki, növbədənkənar parlament seçkiləri keçirilən ölkədə məhkəmələr vasitəsilə azad media subyektlərini bloklamaq olmaz?

Bunun əsas səbəblərindən biri odur ki, Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov ixtisasca hüquqşünasdır, jurnalist deyil və medianın dövlətdə və beynəlxalq səviyyədə rolu barədə elmi və praktiki təcrübəsi yoxdur.

Aydın hiss olunur ki, ölkədə növbədənkənar parlament seçkiləri keçirildiyi hazırkı həssas məqamda Medianın İnkişaf Agentliyinin yadına düşüb ki, ölkədə tüğyan edən rüşvətxorluğun və korrupsiyanın hərəkətverici qüvvəsi hesab olunan məmurları azad mətbuatdan qorumaq lazımdır...

Əslində, adı "Mediamın inkişaf Agentliyi" olsa da, Media Agentliyi yaradıldığı gündən azad və müstəqil mətbuatı boğmaqla məşğuldur. Yəni, "Medianın İnkişaf Agentliyi" adında ehtifa olunan məna ilə tam tərs düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyev 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu ləğv edib, KİV DF-nin bazasında Medianın İnkişafı Agentliyini ona görə yaratmadı ki, ölkədə rüşvətxor məmurları himayə edən, xalqı düşündürən problemlərin birinin də üzərinə işıq salmayan mətbuat və internet media daha da inkişaf edib, çiçək açsın!

Satış köşklərində yığılıb qalan, bir nüsxəsi belə satılmayan, verildiyi kimi də bağlamada geri qaytarılan, lakin hər 6 aydanbir 17 qəzetə dövlət büdcəsindən 200 (iki yüz min) manatdan çox pul vəsaiti ayırılır. Cəmiyyətdə yayılan şayiələrə görə, bu vəsait qəzetlərə pul ayıran Media Agentliyinin rəhbərliyi və qəzet redaktorları aralarında razılaşma əsasında xərclənir!

Bu cür mənfi halların qarşısını almaq əvəzinə, Media Agentliyinin azad və müstəqil internet medianı məhkəmə vasitəsilə bloklaması dünyada düşməni çox olan ölkəmizə qəti hörmət gətirmir, əksinə, Qəbdəki düşmənlərə tutalqa, əsas verir.

Mərhum Ümummilli Lider Heydər Əliyev zamanında demokratik inkişaf edən dövlətin idarə olunmasında azad, müstəqil medianın rolu barədə deyirdi: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir"

"Azərbaycan Jurnalistlər Təşkilatı" İdarə Heyətinin üzvləri təəssüflə qeyd edir ki, dahi Həsən Bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin ilk nüsxəsinin 22 iyul 1875-ci ildən nəşr edilməyə başlaması ilə Azərbaycan mətbuatının yaranmasından 149 il keçdiyi ərəfədə mətbuat üzərinə hücum yolverilməzdir.

Milli Mətbuatın yarandığı belə bir bayram günü ərəcəsində Azərbaycan mediasının müstəqil fəaliyyət göstərən azad mətbuatın Media Agentliyi tərəfindən məhkəməyə verilib bloklanması hakimiyyətə başucalığı gətirmir.

Halbuki hələ 2021-ci ildə "Media haqqında" Qanun qəbul olunmazdan əvvəl keçirilən müzakir zamanı hakimiyyət nümayəndələri iddi edirdilər ki, "Media haqqında" Qanun heç bir halda müstəqil media subyektlərinin fəaliyyətnə əngəl törətməyəcək.

Beynəlxalq demokratik media dəyərlərilə ziddiyyət təşkil etdiyi yerli müstəqil və beynəlxalq media ekspertləri tərəfindən iddia edilən, Azərbaycanda 3 ildir qüvvəyə minən "Media haqqında" Qanunun qeyri demokratik müddəlarını əsas götürən "Medianın İnkişaf Agentliyi"nin rəhbərliyi artıq ölkənin müstəqil fəaliyyət göstərən mediasının başı üzərində asılmış "demokl qılıncı"na çevrilib.

Azərbaycanın müstəqil media ictimaiyyəti hakimiyyət sturukturlarının, xüsusən Media Agentliyinin müstəqil media üzərinə hücumlarından dərin narahatçılıq hissi keçirdiyini bəyan edir və müstəqil fəaliyyət göstərən mediaya qarşı məhkəmə qərarları vasitəsilə tətbiq edilən bloklanma kimi antidemokratik hərəkətləri pisləyir.

Müstəqil media ictimaiyyəti hakimiyyətdən tələb edir ki, hazırda növbədənkənar parlament seçkiləri qaynar keçirilən Azərbaycanda müstəqil mediaya qarşı törədilən mənfi halların qarşısını almaq və beynəlxalq təşkilatlar qarşısında Azərbaycan dövlətinin götürdüyü öhdəliklərə tam uyğun olaraq ölkədə fəaliyyət göstərən müstəqil mediaya qarşı tətbiq edilən antidemokratik və beynəlxalq demokratik dəyərlərlə ziddiyyət təşkil edən bloklanmanı aradan qaldırsın.

Əks təqdirdə, Konstitusiyanın jurnalistlərə verdiyi hüquqdan istifadə edərək, ölkədə fəaliyyət göstərən azad və müstəqil media nümayəndələri fasiləsiz olaraq etiraz aksiyalarına başlayacaq və beynəlxalq media ictimaiyyətinə müraciət etməklə, Media Agentliyi rəhbərliyinin antidemokratik qərarlarına qarşı aclıq aksiyası və piket keçirməklə, etrazları davam etdirəcəklər.

İnformasiya şöbəsi

 

 

0.010503053665161