“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlumdur
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək
“Qarabağ”ın rəqibi bəlli olub.
Qaynarinfo xəbər verir ki, ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimiz “Linkoln” klubu ilə qarşılaşacaq.
Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının birinci təsnifat mərhələsində Maltanın “Hamrun” klubunu üstələyib (1-0; 0-1, 0-0 ə.v, 5-4 p.).
Qeyd edək ki, Ağdam klubu ilk görüşünə iyulun 23-24-də səfərdə, cavab matçına isə 30-31-də Bakıda keçirəcək.