Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda sabiq başçının fəaliyyətini araşdırır...
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda sabiq icra başçı Asif Ağayevin fəaliyyətini araşdırır
Artıq bir neçə gündür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda 5 il 8 ay ərzində icra başçı vəzifəsində işləmiş Asif Ağayevin fəaliyyətini araşdırır.
Beyləqan rayonunun iqtisadiyyatına yaxından bələd olan iqtisadçı mütəxəssisin apardığı hesablamaya əsasən, göstərilən müddət ərzində icra başçısı Asif Ağayev hər il orta hesabla 3 milyon manatdan çox qanunsuz qazanc əldə edib.
İcra başçısı Asif Ağayev tərəfindən mənimsənilən bu məbləğin bir hissəsi ölkə Prezidentinin rayona ayırdığı tikinti-quruculuq işləri üçün puldan oğurlayıb.
Hər il Beyləqan şəhərinin abadlaşdılması üçün dövlət büdcəsindən ayrılan pulun çox hissəsini A. Ağayev mənimsəyib. Rayonda torpaqlar rüşvət əsasında icra başçısının verdiyi sərəncamlarla satılıb.
Rayonda kadrların təyinatı icra başçısı Asif Ağayevə birbaşa tabe olan ərazi nümayəndələri vasitəsilə rüşvətlə aparılıb. Rayonda olan Bələdiyyə torpaqlarının satılması və icarəyə verilməsi də həmçinin.
Hər ayın sonunda rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlardan, kommersiya mağaza və marketlərdən icra başçısının göstərişilə rüşvət yığılıb.
Anitisanitariya və anarxiya hökm sürən, Eyvazallar kəndi ərazisində yerləşən mal bazarından başçı Asif Ağayevin göstərişilə real gəlirlər vergidən gizlədilib, dövlət büdcəsinə getməli olan milyonlar bazar sahibinin və icra başçısının cibinə daxil olub. (Mal Bazarı rayonda icra başçısı Asif Ağayevin pulyığanı kimi tanınan, Beyləqanda şəhərindəki 2 evini də Asif Ağayevin yaşayışı üçün verən Qəhrəman Qəhrəmanova məxsusdur). Eyni vəziyyət kənd təsərrüfatı məhsulları və sənaye malları satılan bazarda da (Bazarın sahibi Xəqani Xasay oğlu Əhmədovdur) hökm sürür.
Hər iki bazarda, marketlərdə, mağazalarda antisanitariya hökm sürür, sanki AQTA-nın və Sanitar-Epidemioloji Stansiyasının Beyləqanda fəaliyyət yox səviyyəsindədir. Rayonun icra başçısının aparat işçiləri və rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi bu sahələrdən yalnız şəxsi gəlir əldə etdiklərinə görə, qanunun tələb etdiyi əhalinin sağlamlıq kriteriyalarına əməl etmirlər.
Asif Ağayevin Beyləqan rayonunda icra başçısı vəzifəsində işlədiyi 5 il 8 ay müddətində ən dözülməz vəziyyətə düşən sahələrdən biri də sosial işlərin bölüşdürülməsidir. Əsasən, sosial işləri işsiz insanlara vermək əvəzinə, vəzifə tutan şəxslərin yaxın qohumlarına "Dost" vasitəsilə sənədləşdirilib, verilməsi Beyləqanda adət halını alıb. Əməkhaqqı kartlarının onlara paylanması və bu iş üçün ayrılan pul vəsaitinin mənimsənilməsinə genişlənib.
Eyni qanunsuzluqlar şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına verilən yardımlarda da ciddi qanun pozuntuları ilə tez-tez qarşılaşılır.
Hesab edirəm ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda 5 il 8 ay icra başçısı işləmiş Asif Ağayevin fəaliyyətini dərindən araşdıracaq, ağır cinayətə bərabər işdə tamah məqsədilə A. Ağayevə yardım etmiş şəxslər barədə ciddi ölçü götürməlidir.
Güman edirəm ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Beyləqanda ölkə Prezidenti cənab İlham Əliyevin göstərişlərinə zidd gedən kadrların törətdiyi qanunazidd əməlləri lazımınca ifşa edəcəkdir...
T. Abbas
Paralel.az