Rafael Varan İtaliya klubunu seçdi
Fransa millisinin üzvü Rafael Varan İtaliya A Seriyası təmsilçisi "Komo" ilə razılığa gəlib.
Paralel.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Sesk Fabreqasın baş məşqçisi olduğu klubun təklifini qəbul edib və müqavilə yaxın vaxtlarda rəsmiləşəcək.
2021-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən dünya çempionunun müqavilə müddəti yayda başa çatıb və o, hazırda azad agentdir.
Qeyd edək ki, ötən mövsüm "Komo" B seriyasında 2-ci yeri tutub və İtaliyanın əsas liqasında mübarizə aparmaq hüququ qazanıb.