Metroda yeni qatarlarda kondisioner problemi - Sərnişinlər narazıdır - VİDEO

Metroda yeni qatarlarda kondisioner problemi - Sərnişinlər narazıdır - VİDEO
 

Metro xətlərindəki yeni qatarlarda kondisioner problemi yaşanır - Sərnişinlər narazıdır

Metrodan istifadə edən sərnişinlər yeni qatarlarda da havalandırma sisteminin və ya kondisionerin işləmədiyindən gileylənirlər.

Paralel.az Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər kondisionerə görə yeni qatarlara üz tutsalar da, son zamanlar qəribə situasiya ilə üzləşdiklərini bildirilər. Vətəndaşlar iddia edirlər ki, yeni qatarlardakı kondisionerlər ya işləmir, ya da sərin havanı çox zəif verir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, qatarın kondisionerində və ya digər hissələrində problem yarandıqda dərhal xətdən çıxarılaraq təmirə göndərilir.

Qeyd edilib ki, hazırda xəttə 61 ədəd qatar var ki, onun da 23-ü yeni nəsildir.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

0.024170875549316