Boris Titov Azərbaycana gələcək
Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycana işgüzar səfərə gələcək.
“Paralel.az ” bu barədə Boris Titovun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, o, iyulun 12-dən 15-dək ölkədə olacaq.
Səfər proqramına B.Titovla Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş daxildir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.