Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib
Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən Pakistan qırıcıları havaya qaldırılıb.
Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir”, - o bildirib