Magistratura, MBA və bakalavr proqramlarımız niyə keyfiyyətsizdir?

Magistratura, MBA və bakalavr proqramlarımız niyə keyfiyyətsizdir?
 

Biz bu məsələni ilk dəfə 20 il əvvəl qaldırmışdıq. O vaxt TQDK -da bu problemi hərdən qabardırdı.
Bizdə magistratura təhsili niyə keyfiyyətsizdir?
Deyə bilərsiniz ki, guya bakalavr təhsili keyfiyyətlidir?
Yox, hər ikisi keyfiyyətsizdir. İndi belə bir durumda həm də MBA proqramları yaradırıq.
Əvvəldən məlum idi ki, magistratura proqramlarını necə "yaratdıq"sa, MBA-nı da elə yaradacağıq. Deməli keyfiyyət də eyni cür olacaq. Mənfi proqnozlar yenə də özünü doğrultdu.
Bunun səbəbləri çoxdur. Bir mühüm səbəbi diqqətə yetirmək istəyirəm.
Magistratura təhsilinə 26 il əvvəl, heç bir tədris-metodik və kadr hazırlığı olmadan başladılar, elə indi də eləcə davam edirlər.
ETN hələ də bilmir ki, bu tip iri layihələr və proseslər böyük meqalayihə kimi ciddi planlaşmalı və maliyyələşməlidir. Bu lahiyəyə əvvəldən ciddi hazırlıq işləri aparılmalıdır.
Bu kapitaltutumlu meqalayihəni heç vaxt, heç kim, heç bir ölkədə pulsuz etməyib, edə də bilməzdi, çünki, anlayırlar ki, bunun nəticəsi ola bilməz.Bu təhsil adı ilə magistrlərin vaxtını və pulunu boşuna sərf etməkdən başqa bir iş deyil (belə yanaşma yalnız bizdə mümkün idi).
Bu səbəbdən bir çox ixtisaslar üzrə magistrlərin tədris planları qüsurlu, tədris materialları bakalavrların tədris materiallarının surəti, dərsləri isə həmın mövzuların təkrarı idi.
RF- da 25 il əvvəl bir əyalət universiteti magistraturanın cəmi 1 ixtisasını açmaq, bu məqsədlə tədris metodik bazanı hazırlamaq üçün 1 ildə 1,5 millyon $ investisiya qoymuşdu. Avropa universitetlətində isə bunun 10 misli qədər investisiya qoyulur.
Bizdə yalnız ADA 15 il əvvəl belə ciddi hazırlıq işləri edərək magistratura açıb (onlar da TN tabe deyil).
İndi də eyni səhvləri MBA proqramlarının hazırlanmasında edirik. Məqsəd nədir? Təhsil vermək yoxsa diplom paylamaq?
ETN bəs nə fikirləşir?
Bəlkə indi də magistratura məzunlarının sertifikasiyasına başlayaq? Əsas iş görüntüsü yaratmaqdır, sertifikasiya da buna yaxşı imkan verir. İnvestisiyasız təhsildən başqa nəticə gözlımək olmazdı.
Təhsilin inkişafı üçün dövlətin ayırdığı büdcə bəs niyə belə mürəkkəb məsələlərin həllinə yönəlmir? Onda bu büdcə hara yönəlir görəsən?

Dos. İlham Əhmədov 

Paralel.az 

0.017625093460083