Dünya şöhrətli supermodel zorakılığa məruz qaldığını ETİRAF ETDİ
Dünya şöhrətli supermodel Naomi Kempbell məktəbdə oxuduğu vaxtlar zorakılığa məruz qaldığını etiraf edib.
Paralel.az xəbər verir ki, heyrətamiz xarici görünüşü ilə hər kəsin valeh olduğu Naomi məktəb illərində həmyaşıdları tərəfindən ələ salınıb. O, cazibədar bədən quruluşu olmasına baxmayaraq həmişə özünə inamlı olmadığını deyib.
Naomi uşaqların onu Popeye personajı Olive Oyl ilə müqayisə edərək, boyu və incə bədən quruluşu ilə lağ etdiklərini açıqlayıb: “Mən çox arıq və yaşıma görə kifayət qədər hündür olduğum üçün özümü narahat hiss edirdim. Mənə Olive Oyl deyirdilər. Özümü yöndəmsiz və narahat hiss edirdim və bu mənə psixoliji olaraq mənfi təsir bağışlayırdı”.
Naomi Kempbell üzləşdiyi ayrı-seçkilikdən danışarkən qürurla deyib ki, heç vaxt özünü müdafiə etməkdən utanmayıb: “Hər zaman haqsızlıqla üzləşəndə sözümü demişəm”.