Bu yay turizmdə nə dərəcədə canlanma gözlənilir?
Havanın istiləşməsi və yayın gəlişi ilə əlaqədar insanlar turizm regionlarına üz tutur. Yay turizmi üçün Azərbaycanda müxtəlif fürsətlər var.
Bu yay turizmdə nə dərəcədə canlanma gözlənilir?
“Yay mövsümü yaxınlaşır və dünyada olduğu kimi Azərbaycada da insanlar səyahət edirlər. Azərbaycanda bu il üçün tələbin böyük olması gözlənilir. Xüsusən də, bu yay çimərliklə əlaqəli olan dəniz kənarı regionlar – Bakı, Cənub zonasında Lənkəran, Astara və ya Nabran tərəfində olan turizm zonalarında təlabat artır.”
Paralel.az xəbər verir ki, bu fikirləri turizm ekperti Ceyhun Aşurov bildirib. Ekspert qeyd edib ki, bu zonalara daha çox turist axın edir:
“Bundan başqa biz görürük ki, insanlar xüsusilə paytaxta yaxın olan ərazilərə Şamaxı, Qəbələ kimi ərazilərə daha çox səyahət edir. Turistlər əsasən otellərin, turizm infrastrukturlarının daha çox inkişaf etdiyi ərazilərə və turistlərin əyləncəsi üçün şərait yaradılan yerləyə səyahət edirlər.”
Xarici ölkələrə səyahətlərdə də artım gözlənilir.
“Qiymətlər haqqında bir çox suallar ortaya çıxır. Düşünürəm ki, hər il yeni qalma yerləri və təsisatlar olacağı üçün qiymətlərin daha çox olacağı gözlənilmir. Çünki, Azərbaycandan xaricə getmək artıq bərpa olunmaqdadır və pandemiyadan sonra insanlar daha çox xaricə gedə bilirlər. Bildiyimiz kimi, pandemiyadan sonra artıq xaricə uçuşlar bərpa olunub.”
Fərid