Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi bildirib
Cari ilin iyulun 1-dən etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətini bərpa edəcəyi iddia edilir.
Bununla bağlı artıq hazırlıqlara başlandığı deyilir.
Bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə müvafiq işlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Ölkə.Az”ın sorğusuna cavab olaraq bildirildi ki, quru sərhədlərin açılması ilə bağlı qərar verilməyənə qədər bu istiqamətdə hər hansı bir iş görülə bilməz:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra bununla bağlı addımlar atıla bilər”.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ildən pandemiya ilə bağlı olaraq dayandırılıb.