Hakimi təhqir edən məşqçiyə ağır cəza verildi

Hakimi təhqir edən məşqçiyə ağır cəza verildi
 
AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
U-17 Liqasının “Neftçi” PFK – “Sumqayıt” FK oyununda “Sumqayıt”ın futbolçusu Nadir Orucov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb
AHFF-nin birinciliyinin 6-cı turu çərçivəsində keçirilən “Olimpiya” (Ağcabədi) – “Şirvan” OİK oyununda “Olimpiya”nın köməkçi məşqçisi Şahin Rüstəmov hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.
 
İkinci Liqada pley-offun “Hypers” – “Şəfa” oyununda “Hypers”in futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Şəfa”nın futbolçusu Nicat Abbasov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Şəfa” komandası 300 manat cərimə edilib.

 

0.017220973968506