"Hər bir qəzəli aşiqə ehsan" - Səxavət Talıblı
Bu günlərdə tanınmış söz adamı, yazıçı - qəzəlxan Səxavət Talıblının yaradıcılığından bəhs edən "Hər bir qəzəli aşiqə ehsan" adlı kitabı işıq üzü görüb. Kitabın ideya müəllifi və tərtibçisi AYB-nin üzvü, yazıçı Əfşan Yusifqızıdır.
Səxavət Talıblının yaradıcılığından - müəllifi olduğu "Adəmin övladları", "Yorğun kölgələr" və digər əsərləri haqqında qələm dostlarının yazdığı 24 məqalənin yer aldığı bu kitabda, şairin şeir, qəzəl və hekayələrindən də bir qismi yer alıb.
Qeyd edək ki, kitab Səxavət Talıblının 65-illik yubleyi ilə bağlı tərtib olunub. İyun ayının 3- ü, şairin 65 yaşı tamam oldu.
Bir daha yubilyarı ürəkdən təbrik edirik və ona can sağlığı arzulayırıq.
Paralel.az