GMO gələcəyimizi məhv edir!

GMO gələcəyimizi məhv edir!
 
Bağlar və toxumlar məhv edilməlidir

Geni modifikasiya olunmuş (GMO) məhsulların insan sağlamlığına zərərli olduğu aprtıq birmənalı olaraq dünya alimləri tərəfindən təsdiq edilib. Belə ki, Avropa ölkələri, ABŞ və dünyanın digər sivil dövlətləri GMO məhsullarından qida məhsullarının insehsalında istifadə edilməsini qadağan edib. Bir sıra inkişaf etməkdə olan və "üçüncü dünya ölkələri"ndə isə qida məhsullarının istehsalında GMO tərkibli xammaldan istifadə edilibsə, mütləq bu barədə məhsulun üstündəki yarlıqda məlumat yerləşdirilir. Bu həmin ölkələrinin qanuni tələbidir.
Bəs ölkəmizdə bu istiqamətdə vəziyyət necədir? Artıq iki ildən çoxdur ki, respublikamıza yalnız təcrübə və laboratoriya tədqiqatları məqsədi ilə GMO məhsulları idxal edilən bilər. "Qida təhlükəsizliyi haqqında" AR Qanununa əsasən geni dəyişdirilmiş xammalın idxalı və ondan qida məhsullarının istehsalında istifadə etmək qadağandır. Belə məhsulların idxalını dayandırmaq bəlkə də asanlıqla mümkündür, amma ölkə daxilində onlardan qida məhsulu kimi istifadə edilməsinin qarşısını almaq çətin məsələdir. Hökumət heç bu istiqamətdə hər hansı bir hüquqi bazanın yaradılmasına cəhd də göstərmir.
Ölkəmizə külli miqdarda GMO tərkibli meyvə ağaclarının tingləri və bitki toxumları idxal edilib. Həmin tinklər hesabına salınan bağlar artıq bol məhsul verməkdədir. Eyni tərkibdə olan toxumlardan da geniş istifadə edilir. Bəlkə də Azərbaycanda GMO tərkibli meyvə-tərəvəzdən imtina etmək hələlik mümkün deyil. Çünki geni dəyişdirilmiş meyvə bağları dövriyyədən çıxarılsa ölkədə ciddi meyvə qıtlığı yaşana bilər. Eyniylə belə toxumlardan imtina edilsə, oxşar mənzərə tərəvəz bazarında da yaşana bilər. Bəs nə etməli, bu barədə bir qədər sonra yazacağıq.
Hamının imtina etmək istədiyi GMO məhsullarının insanlara zərəri nədən ibarətdir? Əsrin əvvəllərində gen mühəndisləri meyvə-tərəvəzlərin həm məhsuldarlığını artırmaq, həm də gözəl görünməsi və uzun müddət xarab olmaması xüsusiyyəti formalaşdırmaq üçün bitkilərin geninə müdaxilə etməyə başladılar. Genə müdaxilə isə sonsuza qədər mümkün deyil, bunun müəyyən həddi var. Gen mühəndislərinin sözlərinə görə, müdaxilə "limiti" aşan kimi genin dölvermə qabiliyyəti sıradan çıxır. Ona görə də meyvə tərəvəzi həm məhsuldar, həm davamlı saxlana bilən, həm də meyvə-tərəvəzin tərkibində əvvəlki vitamin-mineral zənginliyini saxlamağı gen vasitəsi ilə kodlaşdırmaq (GMO yaratmaq) mümkün deyil. Ona görə də gen mühəndisləri modifikasiya zamanı yalnız məhsuldarlığı, gözəgəlimliliyi və bir qədər də saxlanma müddətinin artırılmasını gendə xüsusiyyət olaraq kodlaşdıra bilirlər. Nəticədə bol, gözəl, uzun müddət vitrinlər də xarab olmadan qalan, lakin vitamin və mineral tərkibi kasad olan meyvə-tərəvəz növləri yaradıldı. Bu növlər həm fermerləri, həm də satıcıları qane etdiyindən çox sürətlə bu sortların tinkləri və toxumları çoxaldıldı. Beləliklə dünyada milyon hektarlarla GMO tərkibli meyvə bağları salındı, bu tərkibli toxumlar əkilməyə başladı. İlk illərdə hamı GMO-dan məmnunluq duyurdu və bunu bəşəriyyətin asanlıqla yedizdirilməsinin bir yolu sayılırdı. Lakin alimlər bunun fəsadlarının olacağını ehtimal etdikləri üçün araşdırmalarını davam etdirirdilər. GMO meyvə-tərəvəzdə vitamin-mineral qıtlığı olacavını gen mühəndisləri əvvəlcədən bilirdi. Ona görə də alimlər GMO-nun kütləvi yayılmasının tərəfdarı deyildilər. Amma sahibkarların tələbi onları yoldan vıxardı. Beləliklə, bütün dünyanı qısa müddətdə sarmış GMO-nun ciddi fəsadları barədə məqalələr dünya mediasında 2018-ci ildə işıq üzü görməyə başladı. Məqalələrdə qeyd edilirdi ki, GMO məhsulları genindən istifadə edilən canlıların xüsusiyyətlərini insanlara ötürür. GMO yaradılmasında isə əsasən sçovul və donuz günlərindən istifadə edilib. Bu isə yeni nəsildə kobudluq, aqressivlik, rəhimsizlik və s. kimi xarakteri gücləndirə bilir. Düzdür, GMO məhsullarından yüksək mənfəət götürən qrup belə məqalələrə qarşı müqavimət göstərdi. Amma enində-sonunda bu qənaət şəksiz təsdiqləndi. Digər tərəfdən, məntiqlə düşündükdə vitaminsiz, mineralsız meyvə-tərəvəz kimə lazımdır?
Bunun ardınca isə alimlər GMO dalğasına daha bir zərbə vurdu. Təcrübələr nəticəsində bəlli oldu ki, GMO insanların gen daşıyıcısı olan xromosomlara mənfi təsir göstərir. Məlumat üçün qeyd edək ki, insanlarda 46 (23 cüt) xromosom olur. Həmin xromosonların hər biri bir cildlik kitab qədər informasiyaya malikdir. Həmin "kitablar" vasitəsi ilə törədicilərin xüsusiyyətləri və xarakterləri dölə ötrülür. GMO məhsullarla aşırı qidalanan insanların həmin "kitablar"indakı (yəni xromosonlarındaki) bəzi səhifələr silinir, bəzi səhifələr isə oxunmayan şirflərə çevrilir. Nəticədə törədicilərin həmin səhifələrdə kodlaşdırılan xüsusiyyət və xarakterləri dölə ötrülmür. Yəni döl həmin informasiyalara malik ola bilmir. Bəzən isə həmin silinən və ya oxunmayan siniflərə çevrilən informasiyalar həyati vacib olan genetik xüsusiyyətləri və funksiyaları özündə ehtiva edir. Bu halda həmin döldən dünyaya gələn uşaq ya anormal olur, ya sindiromla doğulur, ya da doğulan kimi ölür. Məsələn, təsəvvür edin ki, ağ ciyərlərin fəaliyyətini özündə əks etdirən səhifə pozulub və ya oxunmayan şirifə çevrilib. Bu qüsurla doğulan uşaq, əlbəttə, doğulan kimi oksigen çatışmazlığından öləcək.
Göründüyü kimi məsələ çox ciddi xarakterə malikdir. Ona görə də bəşəriyyət hansı yolla olur-olsun, GMO bəlasından xilas edilməlidir. Bunun üçün selleksiyaçıların fəaliyyəti daha optimall şəkildə maliyyələşdirilməlidir ki, onlar bitkinin genine toxunmadan, hibridləşdirmə və selleksiya yolu ilə yeni məhsuldar növlər yaratsınlar. Sonra isə həmin növlər genişləndikcə fermerlər GMO-lardan uzaqlaşsınlar. Məsələn, inkişaf etmiş ölkələrdə GMO mənşəli min hektarlarla bağlar qısa müddətdə qırıldı və yerində yeni bağlar salındı.
Fikrimizcə, birinci növbədə hökumət GMO-nun bu xüsusiyyətlərini cəmiyyətə tanıtmalıdır ki, insanlar ondan imtina etsin. Bunun ardınca isə həmin bağların hissə-hissə qırılaraq yerində yeni bağın salınmasü maliyyələşdirilməlidir. Hazırda hökumət yeni bağların salınması üçün subsidiyalar verir. Həmin yeni bağlar salınarkən hökumət əmin olmalıdır ki, fermerlər GMO tinklərdən istifadə edilmir. GMO-dan kənar yeni bağ sahələri bar verməyə başlayanda isə qalan GMO bağlar məhv edilməlidir. Tərəvəz və digər bitki toxumalarına münasubətdə də eyni mövqe sargilənməlidir. Hesab edirik ki, bu istiqamətdə ciddi hüququ baza yaradılmalıdır. Yalnız idxalı qadağan etmək kifayət deyil. Çünki GMO artıq ölkənin daxilində kök salıb.
Akif Nəsirli

0.015738010406494