Avropa İttifaqı Rusiya mediasına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər

Avropa İttifaqı Rusiya mediasına qarşı yeni məhdudiyyətlər tətbiq edə bilər
 

Avropa İttifaqı Rusiya mediasının yayımına yeni məhdudiyyətlər tətbiq etməyə hazırdır.

Paralel.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Piter Stano bildirib.

Qeyd olunub ki, qurum belə bir addımı yaxın vaxtlarda ata bilər. Lakin İsveçrə belə bir təşəbbüsü dəstəkləməyə bilər.

Stano bildirib ki, əgər üzv dövlətlər təbliğatla məşğul olan konkret nəşrlərlə bağlı belə bir tədbirin zəruriliyi ilə yekdilliklə razılaşarsa, Aİ Rusiyanın digər KİV-lərinin qadağan edilməsini nəzərdən keçirməyə hazırdır.

Ekspertlər hesab edirlər ki, Avropa Parlamenti bununla söz azadlığı prinsiplərinə zidd hərəkət edir və Aİ-də informasiya məkanını təmizləməyə çalışır.

Bundan əvvəl Avropa İttifaqı “RİA Novosti” agentliyinin, “İzvestiya” qəzetinin, “Rossiyskaya qazeta” və “Avropanın səsi”nin öz ərazisində yayımını qadağan edib.

0.01280403137207