“Namuslu qadın burada pencər satmaz” dedi, həbs edildi

“Namuslu qadın burada pencər satmaz” dedi, həbs edildi
 

Gədəbəydə qanunsuz küçə satışı ilə əlaqədar içkili halda monitorinq keçirən şəxs "Kənd dayanacağı” adlanan yerdə göy-göyərti satan qadına "namuslu qadın burda pencər (göyərti) satmaz” dediyi üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. 

1962-ci il təvəllüdlü Gədəbəy rayonunda doğulmuş, MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən Fəqan Cəlalov (ad, soyad şərtidir) içkili halda qanunsuz küçə satışı ilə bağlı monitorinqdə iştirak edib. 

O, göy-göyərti satan Sənubər Xudaverdiyevanın vedrəsinə təpik vuraraq ona qarşı nalayiq ifadələr işlədib. 

O, "namuslu qadın burda pəncər satmaz”, mən Fəqaniyəm ey, mənim ordenlərim var” deyib. 
Məhkəmənin hökmü ilə Fəqan Cəlalov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 15 gün müddətinə həbs inzibati tənbeh təyin edilib. 
 

 

0.076346158981323