Müalicəsinə ildə 7 milyon avro xərclənilir

Müalicəsinə ildə 7 milyon avro xərclənilir
 

Mixael Şumaxerin Fransanın Alp dağlarında xizək sürərkən qəzaya uğrayaraq ağır kəllə-beyin travması almasından 10 ildən artıq vaxt keçib.

“Qafqazinfo” xəbər verir ki, əfsanəvi sürücünün səhhəti ilə bağlı düzgün məlumat yoxdur. Lakin yeddiqat dünya çempionunun müalicəsinin davam etdiyi dəqiqdir. 

İtaliyanın “Corriere della Sera” qəzetinin məlumatına görə, Şumaxerin müalicəsi ildə 7 milyon avroya başa gəlir. Bu məbləğə avadanlığın və tibbi personalın xərcləri, həmçinin sürücünün məxfiliyini təmin etmək üçün təhlükəsizlik xidmətləri daxildir.

Müalicə xərcləri yüksək olduğundan, Mayklın həyat yoldaşı Korin Şumaxer əmlakın bir hissəsini satmalı olub. May ayında bir neçə milyon avroya satılan saat kolleksiyası ilə yanaşı, son bir neçə ildə şəxsi təyyarə, Norveçdə iqamətgah və Cenevrə gölünün sahilindəki malikanə da satılıb.

 

0.025830984115601