Mətbuatsız da təhsil islahatları olar? - Dos. İlham Əhmədov
Ölkə təhsilinin inkişafı üçün təhsil yönümlü elmi-metodik jurnalların mövcudluğu zəruridir. Pedaqoji elmlərdən az çox xəbəri olanlar bunu yaxşı bilirlər.
Amma son 10 ildə təhsilə dair nəinki yeni jurnallar təsis edilmədi (baxmayaraq ki, təhsil büdcəsi 3-4 dəfə artıb), olan elmi-metodik jurnallara qarşı da səlib yürüşü təşkil edildi.
İlkin olaraq 2013-cü ildə ali təhsilə dair ölkədə yeganə jurnal olan "Ali təhsil və cəmiyyət" jurnalı qapadıldı. Bu jurnalın cəmi 4 nömrəsi nəşt edildi. Hərçənd çox yaxşı jurnal idi. Mən son 10 ildə bəlkə də 100 dəfə bu məsələni qalırmışam. Nə xeyri var? Sonra da deyirlər bizə ideya verin, problemlərdən danışın, məişət mövzusunda danışmayın.
Daha sonra "Təhsil" jurnalının büdcəsi ləğv edildi. Jurnal yalnız elektron formatda, özünü maliyyələşdirmə əsasında, çox çətinliklə, 2 nəfər əməkdaşın fədakarlığı hesabına, fasilələrlə fəaliyyət göstərir.
Eşitdiyimə görə bu ildən "Kurikulum" jurnalının da büdcəsi azaldılıb, özü də elektron formatda nəşrə keçirdiblər.
Bu jurnalları vaxtı ilə təsis edən insanlar yəni təhsili heç bilmirdilər? RF təhsil sistemi qarşısında duran elmi-metodik problemlərlə bizim təhsil sistemi qarşısında duran elmi-metodik problemlər eyni həcmdədir. Onlar təhsilə dair 100-dən çox elmi-metodik jurnal şəşr etdikləri halda bizdə təkcə "Azərbaycan məktəbi" və onun əlavələri nəşr edilir. Rusiyada ali təhsilə dair 20-dən çox mərkəzi jurnal nəşr edilir. Əlavə olaraq univeritetlər də bu mövzuda jurnallar nəşr edirlər. Bizim universitetlər niyə ali təhsilə dair jurnallar nəşr etmir? Pulları yoxdur? Onda nazırliyin təsis etdiyi fonda (TİF) verilən milyonlarla pulu, ETN belə jurnalların yaradlılması və nəşrinə yönəlsin.
Bu təhsil "biliciləri" çıxıb efirə ictimaiyyətə izah etsinlər belə səhv və dağıdıcı hərəkətlərini. Məqsədləri nədir?
ETN rəhbərliyi bu addımlarını nə ilə əsaslandıra bilər?
Bu addımların təhsilin inkişafına nə xeyri ola bilər?
Niyə təhsil ictimaiyyətinə bunun səbəbləri izah edilmir?
Mənasız forumların təşkilində pullara qənaət edilməsə də, təhsil mətbuatının saxlanılmasına və inkişafına niyə pul tapılmır görəsən?
Mətbuatsız da təhsil islahatları olar?
Nazirliyin rəhbərləri deyir ki, biz sosial şəbəkələrdə təhsilə dair olan məlumatları təhlil etdik, əhəmiyyətli ideyalar tapa bilmədik. Sosial şəbəkələr nə vaxtdan elmi problemlərin müzakirə platforması olub? Niyə ölkədə ixtisaslaşmış belə jurnallar nəşr edilmir ki. monitorinq zamanı onlara müraciət edilsin?
Bu link "Ali təhsil və cəmiyyət" jurnalının ilk nömrəsinin ünvanıdır. Yükləyib jurnalın bu nömrəsi ilə tanış olmaq mümkündür. Heç belə bir jurnalı da bağlamaq olardımı? Əvəzində bəs nə yaradıldı? Son 10 ildə ölkədə heç belə bir jurnal olubmu? Ölkənin bütün elm və təhsil elitası bu jurnalın redaksiya şurasının üzvləri idi. Bu nömrədəki məqalələrin mövzuları və müəlliflər jurnalın ciddiliyini göstərirdi.
https://edu.gov.az/.../ali.../ali-tehsil-ve-cemiyyet-no1.pdf
Davamlı səriştəsizlik deyəsən bu ölkədə təhsilin axırına çıxacaq.
Paralel.az