Ayxan Abbasov "Turan Tovuz" klubundan ayrılmasının səbəbini açıqlayıb
Ayxan Abbasov "Turan Tovuz" klubundan ayrılmasının səbəbini açıqlayıb.
"Report"a açıqlama verən 42 yaşlı mütəxəssis komandadan ayrılmaq təklifinin "Turan Tovuz" rəhbərliyindən gəldiyini bildirib.
"Kəpəz"ə qarşı mövsümün sonuncu oyununu keçirdik. Daha sonra klubun idarə heyətinin sədri Ehtiram Quliyev tərəfindən yeni planlarının olduğu bildirdi və ayrılmağımla bağlı fikir irəli sürüldü. Bildirməliyəm ki, "Neftçi"dən təklif almamışam, "Turan Tovuz" isə qarşıma hansısa məqsəd qoymamışdı", - deyə A.Abbasov söyləyib.