“Miss Azerbaijan”dan etiraf: Onu “ZAQS”da tərk etdim, kəllə atıb burnumu qırdı

“Miss Azerbaijan”dan etiraf: Onu “ZAQS”da tərk etdim, kəllə atıb burnumu qırdı
 

"Miss Azerbaijan-2019" model yarışmasının qalibi Səmra Hüseynova son paylaşımı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, vaxtilə üzləşdiyi çətinlikləri izləyicilərinə etiraf edib:

“İlk dəfə saçlarımı universitetə qəbul olanda saraltmışdım. Axı qızların xəyalıdır saç boyamaq, sonra sevgi hissini tanıdım, o insan mənə saçımı qaraltmağı məsləhət gördü, çünki saçı sarıya boyamaq qıza görə yaxşı sayılmırdı.

Mən də təki onunla ailəm olsun deyə qaraltdım və məni tərk etdi, çox ağır qəlb qırıntısından sonra saçımı yenə sarıya boyadım və Xəzər TV-də “Aramızda qalsın” serialında oynamağa başladım, “Miss Azərbaycan” yarışmasına görə yenidən saçımı qaraltdım və uduzdum.

Sonra yenidən saraldıram, aşiq oluram bir oğlana o da müsəlmanlığa görə saçımı qaraldır ki, ailəsi qəbul edə və sonda xəyanətə görə mən onu “ZAQS”da tərk edirəm, hər şeyimi itirsəm də, tərk edirəm, hələ mənə kəllə ataraq burnumu sındırmışdı. Epilepsiyalar...  Xəstəxanalar...”

Model 10 il sonra yenidən saçlarını sarıya boyadığını bildirərək, bu rəngi sevdiyini bildirib:

“10 il sonra yenidən sarıya döndüm, anladım ki, bu illər boyu yalnız başqaları üçün yaşamışam… Sən demə, sarıya dönməklə özümə dönmüşəm, sağlığıma qovuşmuşam. Düzdür, saçlar yandı, olsun, fitrəm olsun...”

 

0.02186393737793