Yusif İmanov: “Sonluq yaxşı alındı”
“Qələbə qazandığımız üçün çox sevinirəm”.
Bunu İdman.bizə “Sabah”ın oyunçusu Yusif İmanov deyib.
O, Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib. Komandasının qalib gəlməsində və avrokuboka vəsiqə qazanmasında böyük rol oynayan 22 yaşlı qapıçının sözlərinə görə, "Neftçi Arena"da hədəfləri yalnız 3 xal olub: “Sonunda məqsədimizə çatdıq. Mövsüm komanda, eyni zamanda da mənim üçün çox enişli-yoxuşlu oldu. Lakin sonluq yaxşı alındı. Sevincimizin hədi-hüdudu yoxdur. Yeni mövsümdə də qələbə əzmində olacağıq. Əlimizdən gələni edib, Avropada ölkəmizi layiqincə təmsil edəcəyik”.
Qeyd edək ki, “Sabah” mövsümü 3-cü pillədə başa vuraraq, Konfrans Liqasına vəsiqə qazanıb.