İsrail Qəzzada 50 hərbi obyektə aviozərbələr endirib

İsrail Qəzzada 50 hərbi obyektə aviozərbələr endirib
 

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib, qoşunlar cənubda Rəfah bölgəsində, Fələstin anklavının şimalında isə Cəbəliyyədə reydləri davam etdirir.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı hərbi qurğular, silah anbarları, raket buraxılış qurğuları, müşahidə məntəqələri və terrorçu birləşmələri məhv edilib. Rəfah bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyatlar zamanı hərbçilərə hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilib.

Ərazidə İsrail qoşunları tunel şaxtaları və çoxlu sayda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar, qumbaralar və partlayıcı maddələr aşkar ediblər.

 

0.012614011764526