Xavi göz yaşlarını zorla saxladı

Xavi göz yaşlarını zorla saxladı
 

Xavi "Barselona"nın baş məşqçisi kimi son mətbuat konfransında çıxış edib. O, maaşı ilə bağlı sözünə əməl edəcəyini bildirib.

Xavinin müqaviləsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu. Artıq məlumdur ki, bu müqavilə yerinə yetirilməyəcək. Məşqçi işdən çıxarılıb və cari mövsümün sonunda vəzifəsini tərk edəcək.

Tədbirdə ispaniyalı mütəxəssis "Barselona"da baş verənlərlə bağlı danışıb. O, təkcə idarə heyətinin fəaliyyətini dəyərləndirməyib, həm də vədlərindən birini yerinə yetirəcəyini bildirib. Belə ki, qalan maaşından, hansına ki hüququ var, imtina edəcək.

"Bunu əvvəllər də demişdim. Mən həmişə sözümə əməl edirəm. Prezidentin məni işdən çıxarmaq qərarına hörmətlə yanaşıram, amma qərarı yalnız o verir. Həmişə "Barselona"nın azarkeşi olacağam və bu klubu dəstəkləyəcəyəm. Mən bir gün bura qayıtmaq istərdim. "Barselona" bütün həyatım boyu mənim klubumdur, mən bu qapını heç vaxt bağlamayacağam. Əlbəttə, bu, çətin günlər idi. Mən baş məşqçi kimi iki il yarımlıq fəaliyyətimlə fəxr edirəm. Bu, asan tapşırıq deyildi", - Xavi bildirib.

Onun "Barselona"nın skamyasındakı son oyunu mayın 26-da keçiriləcək "Sevilya"ya qarşı görüş olacaq. Gözlənilir ki, 44 yaşlı məşqçini Hansi Flik əvəz edəcək.

Mətbuat konfransında yayılan kadrlarda Xavinin göz yaşlarını zorla saxladığı görünür.

 

0.039860010147095