Xalq artisti elə sözlər dedi ki, mikrofonu söndürüldü - VİDEO
Xalq artisti Nurəddin Mehdixanlının efirdə səsi kəsilib.
Olay xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan aktyor "Pəncərədə işıq" filmindəki Toğrul obrazından danışıb.
O bildirib ki, özünü həmin rola yaxın hesab edir:
"Mənə deyirlər, Toğrul obrazı nədir, pəncərəni, işığı qapadır. O mən özüməm. Biz çox yaxınıq. Kişi ona dəyərli olan şeyi qorumalıdır. Bu, onun kişilik borcudur. Sən sevdiyin qadını, dağı-daşı, Vətəni qorumalısan. Ailənin rəisisən, maddi-mənəvi təminatı sənə bağlıdır. Əgər yanındakını pis niyyətlərdən, bəd nəzərdən qoruya bilmirsənsə, ona layiq deyilsən. Xəstəlik və qısqanmaq ayrı anlayışlardır. Qorumaq qapamaq deyil. Mən pəncərə qapamıram. Amma hər bir kişi qadınını qorumalı və sahib çıxmalıdır. Niyə qapı-pəncərə bağlanır, çünki yalan var. Ailəni dağıdan yalan deyilən bir iblis var. Küçədə o hadisə baş verəndə Toğrul soruşur ki, sən o adamı tanıyırsan? Qadın deyir, həyatımda görməmişəm. Sonra üzə çıxır ki, onlar birgə oxuyublar, hətta onu sevib, elçi də göndərib. Siz Toğrulun yerində olun...".
Bu zaman N. Mehdixanlının səsi efirdən alınıb. O, danışmağa davam edib.
"Qapatmaq sözündən nə tutmusunuz? Qadının gözəlliyi qadın olmağı bacarmağındadır. Əgər hər yanlışda birini buraxsan gərək hər gün birini alasan", - dediyi zaman səs yenidən kəsilib.
Növbəti dəfə Mehdixanlının mikrofonu bu fikirləri səsləndirərkən susdurulub:
"O film ona görə çəkilib ki, ey ailə ... (səs efirə getmir - Oxu), sevgini qoru. Toğrul o işığa doğru gedir. Çünki anlayır ki, orada yanlış olub, xəyanət yox".