Elvindən xanımına qadağa
"Çox reklam təklifi olur. Amma instaqram səhifəmi sırf özüm üçün istifadə edirəm. Ona görə də yaradıcılığımı orada paylaşıram. Reklam təkliflərini qəbul etmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. İnstaqram səhifəsindən danışan sənətçi aldığı reklam təkliflərindən söz açıb:
"Bəlkə, hansısa dostum məkan açır, xahiş edirsə, onu paylaşaram. Səviyyəli reklam təklifi gələndə razılaşıram. Amma onu da əndazədən çıxmadan edirəm. Mən heç vaxt "tort göndərirəm, bizi reklam et" kimi təkliflərlə razılaşmıram. Həyat yoldaşım Afət də blogerdir. Ona da müdaxilə edirəm, icazə vermirəm çox elə paylaşımlar etsin. Bu cür paylaşımlarına müdaxilə edirəm.
Əslində bloger işi asan deyil. Kənarda hər kəsə çox asan gəlir. Nəyisə baha qiymətə reklam edirlərsə, bu, haqlarıdır. Hər gün nəsə paylaşmalıdırlar. Hər gün mövzu seçmək, məkan tapmaq, geyim axtarmaq və çəkiliş etmək asan deyil. Ona görə də bu işə adi baxmayın. Mən müğənniyəm, bir verilişə gedib, 2 saat oturanda yoruluram".