Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal yaradıb

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal yaradıb
 

"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə".
 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm” mesajına aydınlıq gətirərkən deyib. 

Sənətçi Mənzurə Musayeva ilə ailəli dost olduqlarını bildirib:

"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedir. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır". 

Əlikram Bayramov həyat yoldaşına sadiq olduğunu qeyd edib:

"Bir sevgim olub, o da həyat yoldaşım".

Qeyd edək ki, müğənni Əlikram Bayramov verilişlərin birindən həmkarı Mənzurə Musayevaya mesaj göndərib. Müğənni həmkarını sevdiyini  açıqlayıb: "Mən Mənzurəni sevirəm. Nə var ki, burada? Sevgi azaddır". 

 

0.023252964019775