Şuşa, yoxsa Sumqayıt?
Sökülən hər mülk bir vətəndaşın mülkiyyət hüququnun pozulmasıdır
Həmişə bu mövzuda yazanda özümüzə borc bilirik ki, əvvəlcə görülmüş böyük işləri yada salaq. Belə ki, 44 günlük Vətən Müharibəsi 8 noyabr tarixində özünün kulminasiya nöqtəsinə çatdı - Azərbaycanın dilbər guşəsi, təbii filarmoniya olan Şuşa şəhəri igid əsgərlərimizin şücaəti nəticəsində düşmən tapdağından azad edildi. Bu Azərbaycan xalqının yaddaşına qızıl həriflərlə yazılmalı olan bir hərb tarixi salnaməsidir. Füsünkar gözəlliyi olan bu balaca qala-şəhərdə hələ sövetlər dönəmində, rusların və ermənillərin söküntülırindün sonra, iki yüz yetmişdən çox tarixi abidə qeydə alınmışdır. Şuşalıların sözlərinə görə, Şuşada hər bir ev öz fərqli üslubu ilə tikilmiş arxitektura nümunəsi idi. Şəhərdə on yeddi məhəllə, hər məhəllədə bir məscid, bir hamam və bir çeşmə olub. Lakin bu on yeddi çeşmədən çoxunun suyu şor olub, içmək üçün istifadə edilməyib. Amma bulaqların bəzisinin suyu içməli idi və bu on yeddi bulaq Süşa əhalisinin tələbatını tam ödəyirdi. Şusada bir ənənə də var idi ki, heç kim Bakıdakı kimi eyvanları bağlamırdı, eyvanları açıq olurdu. Şəbəkələrlə bəzədilən, küçəyə baxan eyvanları şuşalılar "fransız eyvanları" adlandırırdılar. Şuşalılar eyvanların açıq olması ənənəsini şəhərdə duman-çən və rütubətin çox olması ilə izah edirlər.
Şəhər dağın döşündən zirvəsinə qədər funiklyora bənzər şəkildə salınıb. Axrıncı məhəllə "Mamay məhəlləsi" adlanırdı. Mamay məhəlləsindən sonra, şəhərin ən hündür yerində yaşamaq üçün ermənilərə yer verilmişdi. Hazırda Şuşadakı kilsə həmin ərazidədir. Şuşada yaşayan ermənilər yağış yağanda bayıra çıxmazmışlar kı, onların ayağına dəyən yağış suyu müsəlmanların dəstəməzını batil etməsin. Şuşalılar isə yağış yağanda bayırda bir erməni gördülərsə, dərhal əhali kütləvi şəkildə hamama axışarmiş. Şəhərdə bu ajiotajın yaşanmaması üçün ermənilər mümkün qədər yağış yağanda evdən dışarı çıxmazmışlar. Həm də ermənilər dumanlı havada ehtiyatlı gələrdilər ki, azərbaycanlılara toxunub, dəstəmazlarını pozmasınlar. Bununla yanaşı, ermənilərin ağsaqqallarından olan Tətavus ermənilər yaşayan hissədə bir su quyusu qazdırıb. Həmin suyun üçdə birini ermənilərə, üçdə ikisini isə azərbaycanlılara ayırıb. Etiraz edənlərə isə cavab o olub ki, müsəlman qardaşlarımızın suya daha çox ehtiyacı var, ən azı gündə bir neçə dəfə dəstəmaz alırlar.
Bəzi şuşalıların dediyinə görə, əslində Şuşada yer alan ermənilər deyil, erməni dilli albanlar olub. Yəni onlar türklərlə eyni kökdən olan, erməni dilli alban əhalisi olub. Şuşalılar şəhərin həmin hissəsinə "erməni çastı" deyirmişlər. Şuşada ilk məktəb, yay klubu və bank məhz rusların "ayı xidməti" nəticəsində ermənilər yaşayan hissədə tikilib. Sonradan yay klubu kinoteatra, məktəb - gimnaziya isə erməni-rus internatına çevrilibmiş.
Bu il may ayının 8-də - Şuşanın işğalının ildönümü günü. Şuşaya köçrülən məcburi köçkünlər həmin "erməni çastı"ından da bir qədər aralıda məsmunlaşdırılıb. Halbuki həmin əhali vaxtı ilə, işğaldan əvvəl şəhərin mərkəzində, "Bazar başı" meydanının ətrafında yerləşən şəxsi mülklərində və çoxmərtıbəli yaşayış binalarında yaşayıb. İndi həmin şəxsi mülklərin və binaların hamısı sökülüb. Mülk sahiblərinə təklif edilir ki, ya gedin, öz törpağınızda öz şəxsi vəsaitiniz hesabına, hökumətin təklif etdiyi layihə əsasında özünüzə şəxsi ev tikin, ya da yuxarıda qeyd edilən ərazidə, Şuşanın mərkəzindən 20 kilometr kənarda tikilən evlərdən birini götürün, şəxsi torpağınızdan isə 99 il müddətinə imtina ərizəsi yazın. Şərtlərə baxanda aydın görünür ki, hökumət şuşalıları şəhərin mərkəzindən kənarlaşdırmaqda mapraqlıdır. Belə olmasaydı əsirlərlə yaşi olan, hər biri ayrıca milli arxitektura nünunəsi sayılan mülklər hansı səbəbdən sökülüb? Mülk sökülərkən onun sahibinin razılığı alınıbmı? Vətəndaşın hazır mülkünü sökən hökumət nədən onun yerində vətəndaş üçün yeni mülk tikmir? Şuşada olan mülklərin bəzilərinin sənədi yoxdur, amma şuşalıların əksəriyyətinin əlində "kupça"sı var. Bu mülkü erməni sökməyib, işğaldan azad edilən vaxt mülklər yaşamaq üçün yararlı olub. Şuşa azad edilənə qədər həmin mülklərin əksəriyyətində ermənilər yaşayıb. Hətta mülklərin bəzilərini ermənilər Avropa üslubu ilə təmir etdirib. Hazırda həmin mülklər, tarixi abidələr yerləyeksan edilib, yerində ticarət-iaşə və hələ təyinatı bəlli olmayan kommersiya obyektlərı tikilir. Adını da qoyublar ki, Şuşanı bərpa edirik. Əslində isə "bərpadan" sonrakı Şuşa Şumqayıt şəhərini xatırladacaq, Pənahəli xanım tikdirdiyi şəhər — qaladən yalnız qala divarları qalıb. Tarixi faktor bir yana, bu hüquqi baxımdan həm də vətəndaşların mülkiyyət hüququnun pozulmasıdır. Digər tərəfdən, bu işin bir mənəvi yükü də var, necə oldu ki, rusun, erməninin sökmədiyi Şuşanı biz sökdük?
Bu yerdə bir haşiyə çıxaq ki, eyni proses Laçın və Kəlbəcərlə də bağlı baş verib. Topdağıtmaz sarayları söküb, yerində keyfiyyətsiz və dar otaqlı mənzillər tikmişık. Nəyə görə..? Kəlbəcərdə kiminsə mülkü salamatdırsa, niyə imkan vermirik ki, sakinləri, sahibləri gedib təmir edib yaşasınlar? Bu bir tərəfdən də israfçılıqdır, bizə qısa müddətdə minlərlə yaşayış məntəqəsini bərpa etmək lazımdır. Elə isə nə üçün hazır tikililəri partlayışlarla söküb-dağıdırıq? Bu həm işin həcmini böyüdür, həm də korrupsiya imkanlarını genişləndirir.
Şuşalıların dediklərinə görə işğaldan əvvəl Şuşada bir mülkü sökmək qərarı verəndə bütün şəhər ziyalıları ayağa qalxırdı. O vaxt rus söküb, Şuşanın tarixini silmək istəyirdi, şuşalılar buna imkan vermirdi. Amma bununla belə, ruslar da Şuşada onlarla mülk söküb-dağıtdı. Yerdə qalanları isə özümüz öz əlimizlə sökdük, niyə? Axı bu qala-şəhər Pənahəli bəyin, Molla Pənah Vaqifin, Xanqızı Natəvanın və digər tarixi şəxsiyyətlərimizin yadigarı idi.
Şuşalılar deyir ki, işğaldan əvvəl şuşâda biz üzüm, nar, əncir, şaftalı və sair meyvələr əkib, yetişdirə bilmirdik, amma ermənilər seleksyalaşdırma nəticəsində bütün meyvə ağaclarını şəhərdə əkib, becəriblər, meyvə yetişdiriblər. Bu həm də son 30 ilin qlobal istiləşməsi ilə də əlaqədar ola bilər. Amma ermənilər Şuşanı işğal edən kimi şəhərdəki bütün ağacları - küknar, xan çinarı və s. - kəsmişdilər. Onlar güman etmirdi ki, azərbaycanlılar Şuşanın işğalına otuz il dözə bilər. Amma dözdük, hətta, Şuşanın tarixi arxitektura nümunələrinin sökülməsinə də dözdük.
Şuşada sökülən mülklərin daşları və dəmir konstruksiyaları şəhərdən daşınıb aparılıb, taxta-şalban konstruksiyalar isə yandırılıb.
Bəzi şuşalılar isə güman edir ki, Şuşanın tarixi abidələrinin sökülməsi ölkəmizdə bir kabus kimi dolanan Rusiyanin "beşinci kolonu"nun fitnəsidir - onlar ölkə başçısını inandıra biliblər ki, Şuşa mütləq yenidən qurulmalıdlr..." Yenidən qurulan Şuşa" isə Şuşadan daha çox Sumqayıtı xatırladır!
Akif Nəsirli