Orxan Zeynallı qadın-kişi mübahisəsi barədə: Əslində, bu qədər sadədir, amma...

Orxan Zeynallı qadın-kişi mübahisəsi barədə: Əslində, bu qədər sadədir, amma...
 

"Müasir dövrün ən böyük müharibəsi kişilərlə qadınlar arasında gedir".

Paralel.az xəbər verir ki, bunu azərbaycanlı reper, musiqiçi Orxan Zeynallı qeyd edib. O hesab edir ki, baş vermiş heç bir müharibə bəşəriyyətə bu qədər ziyan vurmayıb:

"Bu savaş media, televiziya, şou biznes və s. vasitəsilə mütəmadi alovlandırılır və evlərimizin içində partlayır. İstənilən cəmiyyətin ən əsas fundamenti olan ailə məfhumunun da bir nömrəli düşmənidir. 

Tarix boyu heç vaxt kişilər qadınlarsız, qadınlar da kişilərsiz yaşaya bilməyib. Hər ikisinin də xoşbəxtlik və azadlıq haqqı eyni qədər olmalıdır. Əslində, bu qədər sadədir, amma siz dalaşmağa davam edin, mən gedim yeməyimi yeyim",- deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov İTV-də yayımlanan “Persona” verilişində qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! ” - o deyib.

Onun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, sərt tənqid edilib.

 

 

 

0.023794889450073