Dilan və Engin haqqındakı şikayətini geri götürdü
Türkiyənin sosial media fenomeni, müğənni Banu Parlak çirkli pulların yuyulmasına görə həbsdə olan fenomenlər Engin və Dilan Polata qarşı qaldırdığı iddianı geri götürüb.
Paralel.az xəbər verir ki, o, bu haqda özünün instaqram hesabında paylaşım edib.
O qeyd edib ki, cütlüyün ailəsi ilə görüşdükdən sonra bu addımı atıb:
“Yaşadığım dəhşətli hadisədən sonra dostum Dilan Polat və ailəsi ilə çətin dönəmdən keçdiyimiz üçün görüşə bilməmişdik. Yaxın zamanda ailə mühitində bir araya gəldik və bir-birimizə yaşadığımız çətinliklərdən danışdıq. Dilanın qızı Nildanın mənə dediyi “Banu bacı, sənin vurulduğun gün anam çox ağladı” sözlərindən sonra bu iş mənim üçün bağlandı”.
Xatırladaq ki, Banu Parlaka məxsus gözəllik mərkəzinə 1 oktyabr 2023-cü ildə motosikletdə olan iki nəfər tərəfindən silahla atəş açılıb. Parlak hadisə ilə bağlı hazırlanan ittiham aktı çərçivəsində Dilan və Engin Polat cütlüyünü də günahlandırıb.