Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir - Səbəbini ÖZÜ AÇIQLADI
Müğənni Nadir Qafarzadə Azərbaycandan köçür.
İfaçı sosial şəbəkə hesabında video yayımlayaraq ölkədən gedəcəyini açıqlayıb:
“İstədim, bu fikilərimi sizinlə də bölüşüm. Artıq qərar verdim, bu ölkədən gedirəm. Bu, birdəfəlik ya da qısamüddətli də ola bilər. Bu haqda dəqiq heç nə deyə bilmərəm. Onu zaman göstərər. Əgər burada proseslər uzun çəkərsə, orada qalmalı olacam.
Getdiyim yerdə bir işlə məşğul olaram, başım qarışar. İnşallah, gözləsin bizi xarici ölkələr…. Yəqin ki, elə də uzağa deyil, yaxın ölkələrdən birinə gedərəm. Heç kimin yerini dar etmərəm”.