"Gərək özünü bu xəstəliyə yönəltməyəsən"
Müğənni Sevda Əliqızı "Xəzər axşamı" verilişində qonaq olub.
Paralel.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən sənətçi səhhətindən danışıb:
"Şükür olsun ki, indi yaxşıyam. Müalicələrimi etmişəm. Davamlı olaraq bəzi şeylər var ki, onları da edirəm. Bu elə bir xəstəlikdir ki, özünü gərək ona yönəltməyəsən, hər zaman pozitiv olasan. Neqativ şeylərə qapanmayasan. Neqativ gələndə onu fikrindən çıxarmaq lazımdır. Yalnız yaxşı şeylər fikirləşib, yaxşı qidalanmalısan. Gülüb-danışmaq və təbiətdə çox vaxt keçirməlisən. Bununla hər şey çıxıb gedəcək".
Qeyd edək ki, süd vəzisində şiş aşkarlanan müğənni ötən il əməliyyat olunmuşdu.