Kremldə Zelenskiyə işarə göndərən müğənni hər şeyi danışdı
Rusiyalı müğənni Nataşa Koroleva bildirib ki, Qələbə Günü konsertindəki vətənpərvərlik mövzusunda ifasının televiziyada niyə göstərilmədiyinin səbəbini özü də bilmir.
Publika.az xəbər verir ki, mətbuatda sənətçinin sinəsində Ukraynada rəsmən qadağan olunmuş "Georgi" lenti ilə Kremldə göründüyü barədə məlumatlar yayılıb.
Mediada yayılan informasiyalara görə, müğənni Volodimir Zelenskiyə qadağalara əhəmiyyət vermədiyinə dair işarə göndərib. Bundan əlavə, sənətçi “Just Don’t Die” mahnısını ifa edib. Bundan sonra onun çıxışının kəsilərək efirdən çıxarıldığı iddia edilib.
Muğənni deyib ki, qadın sevgisinin və imanın gücünə dair bu kompozisiya möcüzələr yarada bilər. Nataşa Koroleva bu ifasını Çeçenistandakı döyüşlərdə iştirak edən yaralı əsgərlər üçün səsləndirib.
“Yadımdadır, döyüşçünün yanında yeni evləndiyi sevgilisi var idi. Ona demişdim: “Sənin sevgin onu xilas edəcək. Sadəcə ona dua kimi deyin: “Sadəcə ölmə, daha çox yaşa!” Və görəcəksiniz - hər şey yaxşı olacaq”, - deyə Koroleva ifa etdiyi mahnının tarixçəsindən danışıb.
Bir neçə il sonra müğənni növbəti konsertində bu cütlüklə yenidən görüşüb. Onlar müğənniyə zamanında göstərdiyi mənəvi dəstəyə görə təşəkkür ediblər.
Beləliklə, Nataşa Koroleva Qələbə Günü şərəfinə konsertdə çıxışı üçün məhz bu mahnını seçdiyinə aydınlıq gətirib. Sənətçi tamaşaçılara və dinləyicilərə ən çətin, bəzən ümidsiz vəziyyətlərdə qadın sevgisinin və inamının gücünün möcüzə yarada biləcəyini xatırlatmaq istəyib.