"Avroviziya" favoriti buna görə diskvalifikasiya edilib
“Avroviziya 2024” musiqi müsabiqəsinin Niderlanddan olan iştirakçısı Yost Klein (təxəllüsü Joost) sənətçinin razılığı olmadan çəkiliş aparan operatora qarşı hədələyici jest etdiyi üçün diskvalifikasiya edilib.
Sənətçinin müsabiqədən uzaqlaşdırılmasının səbəbini Niderlandın "Avroviziya"da iştirakını təşkil edən AVROTROS teleradio şirkəti göstərib.
Hadisə ötən cümə axşamı ikinci yarımfinaldan sonra baş verib. Sənətçinin açıq-aşkar razılaşmalara zidd olaraq lentə alındığı qeyd edilir.
“Həmin zaman Yost dəfələrlə videoya çəkilmək istəmədiyini təkrarladı”, - məlumatda deyilir.
Bundan əvvəl Avropa Yayım Birliyinin (EBU) nümayəndələri bildirmişdilər ki, hazırda İsveç polisi Kleinin mayın 9-da “Eurovision” yarımfinalında çıxışından sonra baş vermiş insidentdən sonra çəkiliş komandasının üzvünün verdiyi şikayəti araşdırır. Araşdırma zamanı təşkilatçılar rəsonu müsabiqədən kənarlaşdırmaq qərarına gəliblər.
Qeyd edək ki, mayın 11-də İsveçin cənubundakı Malmö şəhərində “Avroviziya 2024” musiqi müsabiqəsinin finalı keçiriləcək. Tədbir bu şəhərdə üçüncü dəfə baş tutacaq.(Publika.az)