Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Azərbaycan Könüllüləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
 

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə tədbir həyata keçiriləcək.

Azərbaycan Könüllüləri Fəxri xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər qoyublar.

11 may tarixində Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə “101 il – Könüldən vətənə” bədii-gecə keçiriləcək. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş ediləcək və bədii-gecədə istedadlı Azərbaycan Könüllülərinin və tanınmış incəsənət xadimlərinin iştirakı ilə musiqi proqramı təşkil ediləcəkdir.

Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq inkişaf yolunda inamla irəliləyən gənclər sosial, iqtisadi, mədəniyyət və digər sahələrdə fəal iştirak edir və ölkələrinin inkişafına əsaslı bir töhfə verirlər. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət, Ulu Öndərin əbədiyaşar ideyaları Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparır və bundan sonra da aparacaqdır.

Aydan Hüseynova

0.05079197883606