Beyləqanda hərbçilərə kütləvi işgəncələr verən Bəkir Orucovun işi 3 il azaldılıb
Xəbər verdiyimiz kimi, həbsdə olan general - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun cəzası 3 il azaldılaraq, 6 il 6 aya endirilib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.
2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. Nəticədə bir nəfər zabit - baş leytenant Adil Sabirli həyatını itirib.
General B.Orucov Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə ittiham edilir.