“Ölü qadının ruhu içimə girdi” - Kobra Muratdan ŞOK açıqlama

“Ölü qadının ruhu içimə girdi” - Kobra Muratdan ŞOK açıqlama
 

Qeyri-adi güclərə sahib olduğunu iddia edən türkiyəli qaraçı müğənni Kobra Murat ona necə “vergi verilməsindən” danışıb.

Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabındakı canlı yayımda şok açıqlama verib.

“17 yaşım olardı. Qonşumuzda tənha yaşayan bir Zöhrə nənə var idi. Zöhrə nənə əlini kimə çəkirdisə, o adam şəfa tapırdı. Yanına ölümcül xərçəng xəstələrini gətirirdilər, xəstə sağalıb, yeriyərək geri dönürdü.

Bir gün Zöhrə nənə öldü. Ölünü kəfənlədilər. Cənazəyə qoymaq üçün məndən də yardım istədilər. Qonşum baş tərəfindən tutdu, mən ayağından. Yerdən qaldıracaqdıq ki, meyit qatlanıb dikəldi, ağzı düz ağzıma dəydi, mədəsindən qaz çıxdı və ağzıma doldu. Qorxumdan bağırmağa başladım, “Zöhrə nənənin ruhu içimə girdi” deyib ağladım.

Çox pis qorxmuşdum. Ölü dirilməmişdi, sadəcə deyilənə görə, əzələləri hərəkət edibmiş. Elə hallar baş verə bilirmiş. O gündən sonra Zöhrə nənənin şəfaverici gücü həqiqətən mənə keçdi, Murat idim, Kobra Murat oldum”, - o bildirib.

 

0.086652994155884